Modern.az

Əhəd Abıyev daha 5 il deputat olmaq istəyir

Əhəd Abıyev daha 5 il deputat olmaq istəyir

Təhsil

1 Fevral 2010, 15:12

Millət vəkili Əhəd Abıyev bu il keçiriləcək parlament seçkilərində yenidən namizədliyini irəli sürəcək. Modern.az xəbər verir ki, deputat bu gün jurnalistlərə açılqlamasında belə deyib. “Mənim növbəti dəfə deputat seçilmək şanslarım yüksəkdir. Onu deyim ki,  mənim 20 min seçicim var, onlar əllərində şəxsiyyət vəsiqəsi gözləyirlər ki, mənə səs versinlər. Amma İlham Əliyev məsləhət bilməsə, mən namizəd olmayacam. Ancaq bu, o demək deyil ki, dövlətçiliyə xidmət etməyəcəm. Bundan sonrada xidmətlərimi davam etdirəcəm”.

Deputat deyib ki, Masallıda həbs olunan sahibkar Çingiz Həşimovun və onun oğlunun cinayət işi yenidən ibtidai istintaqa qaytarılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı