Modern.az

Köçkünlərin müavinətindən “YAŞAT” Fonduna 5 manat tutulub? - “Qaçqınkom”dan CAVAB

Köçkünlərin müavinətindən “YAŞAT” Fonduna 5 manat tutulub? - “Qaçqınkom”dan CAVAB

26 Fevral 2021, 11:44

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sosial şəbəkələrdə və bəzi internet-media resurslarında məcburi köçkünlərə verilən vahid aylıq müavinətdən Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu “YAŞAT”a 5 manat məbləğində pul tutulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, Komitə bu xəbərin həqiqəti əks etdirmədiyini, məcburi köçkünlərə verilən vahid aylıq müavinətdən “YAŞAT” Fondu üçün vəsait tutulmadığını açıqlayıb:

 

“Müvafiq qayda əsasında, hər bir məcburi köçkün üçün ayrılmış vəsait onun üzvü olduğu ailənin başçısının adına açılan bank hesab kartına köçürülür. Müqavilə öhdəliyinə görə, bank tərəfindən yalnız kart hesabına illik xidmət haqqı ödənilməsi nəzərdə tutulub. Dövlət Komitəsi vətəndaşlardan və media qurumlarından cəmiyyətin həssas təbəqəsi olan məcburi köçkünlərlə bağlı yanlış məlumatları yaymaqdan çəkinməyi xahiş edir”.

Xatırladaq ki, sosial şəbəkələrdə 36 manat (kommunal xərclərdən güzəşti olmaqla) və 60 manat (kommunal xərcləri ödəməklə) çörək pulu alan məcbur köçkünlərin ödənişlərindən 5 manat çıxılması ilə bağlı məlumatlar yayılmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi