Modern.az

Azərbaycanda ilk yoluxmadan 1 il ötür - STATİSTİKA

Azərbaycanda  ilk yoluxmadan 1 il ötür - STATİSTİKA

28 Fevral 2021, 09:45

Azərbaycanda koronavirusa ilk yoluxma halının qeydə alınmasından bir il ötür.

 

Modern.az xəbər verir ki, 2020-ci il fevralın 28-i Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə koronavirusa ilk yoluxma faktının qeydə alındığını açıqladı.

 

Məlumatda yoluxan şəxsin Rusiya vətəndaşı olduğu, İrandan Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətlərinin müəyyən edildiyi, xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirildiyi bildirilirdi.

 

Aparılmış müayinələr və testlər nəticəsində koronavirus testinin müsbət nəticələndiyi də açıqlamada yer almışdı.
 

 

Qeyd edək ki, bir il ərzində ölkə ərazisində koronavirusa 234267 yoluxma halı qeydə alınıb, 3218 nəfər vəfat edib. Ümumi sağalanların sayı isə 228651 nəfərdir. Bir il ərzində aparılan test sayı isə 2591235 -dir.

 

Ölkə ərazisində COVID-19-a yoluxmada pik hədd dekabrın 13-də qeydə alınıb. Həmin günə qeydə alınan statistikaya görə, ölkə üzrə yoluxanların sayı 4451 nəfər olub. 4283 nəfər sağalaraq evə buraxılıb, 39 nəfər ölüb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir