Modern.az

\"Srebrenitsa anaları\" Milli Qəhrəmanın ailəsini ziyarət edib

\

28 Fevral 2021, 12:16

Milli Məclisin sabiq deputatı, Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova Xocalı soyqrımının 29-cu ildönümü ilə bağlı Azərbaycanda səfərdə olan “Srebrenitsa anaları” Hərəkatının üzvlərini evinə dəvət edib.

 

Modern.az xəbər verir ki, qonaqları hörmət və sevgilə qarşılayan Flora Qasımova onları Azərbaycanda ikinci dəfə gördüyündən məmnun olduğunu bildirib. Azərbaycana ikinci səfərlərinin Qarabağın işğaldan azad edilmiş vaxta təsadüf etdiyini deyən qonaqlar 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatmasına hədsiz sevindiklərini vurğulayıblar.

 

Eyni zamanda, Flora Qasımovanın evində ikinci dəfə qonaqlar olduqlarına görə təşəkkürlərini ifadə ediblər. Daha sonra Flora Qasımova və “Srebrenitsa anaları” Hərəkatının üzvləri bir-birlərinin təcrübələrini bölüşərək bir çox məsələləri müzakirə ediblər. “Srebrenitsa anaları” Birliyinin sədri Munira Subaşiç Serbiya hadisələri barədə danışaraq həyat yoldaşını,oğlunu və 22 yaxın qohumunu itirdiyini xatırladıb.

 

Qarşılıqlı görüşdə Xocalı soyqrımının bəşəri xarakter daşıdığı söylənilməklə yanaşı, insanlığa qarşı törədilmiş vəhşilik olduğu da vurğulanıb. Eyni zamanda, Qarabağın işğaldan azad edilməsi nəticəsində Xocalı qurbanlarının qisasısının alındığı da söylənilib.

 

Qeyd edək ki, Bosniya və Herseqovinanı təmsil edən “Srebrenitsa anaları” Hərəkatının üzvləri də 1995-ci ildə serblər tərəfindən törədilən soyqırımına məruz qalıblar. Həmin ildə Srebrenitsada üç gün ərzində 10 mindən çox insan, o cümlədən 570 qadın və 1000-dən çox uşaq öldürülüb. Bu soyqırımının günahkarları cəzalandırılıb və dünya bu soyqırımını tanıyır. Avropa İttifaqı 11 iyul tarixini Srebrenitsa Qurbanlarının Anım Günü kimi təsis edib. Həmin ərazidə böyük memorial kompleksi inşa edilib

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi