Modern.az

Müdafiə Nazirliyi Ağdamda həlak olan əsgərlə bağlı məlumat yaydı

Müdafiə Nazirliyi Ağdamda həlak olan əsgərlə bağlı məlumat yaydı

28 Fevral 2021, 12:42

Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrdən birində xidmət keçən hərbi qulluqçumuz Musayev Səhman Qəşəm oğlu fevralın 27-də səhər saatlarında mina partlaması nəticəsində deyil, ilkin məlumata əsasən təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir! 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi