Modern.az

Dörd məhkəmə hakimi cəzalandırıldı

Dörd məhkəmə hakimi cəzalandırıldı

Ölkə

1 Mart 2021, 16:04

Məhkəmə-Hüquq Şurasının videoformatda növbəti iclası keçirilib. Şuradan Modern.az-a verilən məlumatagörə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ərazi yurisdiksiyasının müəyyən edilməsi üzrə müvafiq qərarlar qəbul olunub:

“Hakimlərin Seçki Komitəsi üzvlüyünə verilmiş namizədlər sırasından Komitə üzvləri seçilib.

Qanunvericiliyin tələblərinin pozulmasına görə Şəki Apellyasiya Məhkəməsinin hakimləri Elçin Hüseynov, Ayaz Mahmudov və Vəzirxan Məlikova töhmət verilib, Sumqayıt İnzibati Məhkəməsinin hakimi İsmayıl Quliyevə irad tutulub”.

Rəsmi məlumata görə, həmçinin, korrupsiyaya şərait yaradan hüquqpozmaya yol verilməsinə, habelə hakim etikasının pozulmasına görə intizam icraatı başlanılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır