Modern.az

YAP növbədənkənar qurultay keçirəcək - İdarə Heyətindən kimlər kənarlaşdırılır?

YAP növbədənkənar qurultay keçirəcək - İdarə Heyətindən kimlər kənarlaşdırılır?

2 Mart 2021, 10:47

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək.

 

Hakim partiyadan Modern.az-a verilən məlumata görə, qurultay martın 5-nə planlaşdırılıb.

Xatırladaq ki, YAP-ın VI qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib. Həmin qurultayda partiya idarə heyəti təsdiq edilib. İdarə heyətində yer alan prezidentin sabiq köməkçisi Əli Həsənov qurultaydan sonrakı mərhələdə vəzifədən azad edilib. Partiyada vəzifə tutan deputat, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə bir müddət öncə istefa verdiyini açıqlamışdı. Yeni Azərbaycan Partiyasının Sədr müavini Akif Əlizadə isə 2019-cu il oktyabrın 23-ü Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsindən azad edilib.

 

Adıçəkilən partiya üzvlərinin YAP İdarə Heyətindən kənarlaşdırılacağı haqqında iddialar var.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?