Modern.az

Deputatdan keçmiş həmkarına İTTİHAM: “Söyüş kampaniyasını onun oğlu aparır”

Deputatdan keçmiş həmkarına İTTİHAM: “Söyüş kampaniyasını onun oğlu aparır”

2 Mart 2021, 12:13

“Mənə qarşı sosial şəbəkələrdə aparılan çirkin kampaniyanın başında duran, deputat seçkilərində alternativim olmuş Fərəc Quliyevin oğlu Mətin Quliyevdir”.

 

Modern.az-ın xəbərinə görə, bu fikirləri deputat Etibar Əliyev Facebook səhifəsində yazıb.

 

Deputat ona qarşı bir neçə gündür ki, təşkil edilən söyüş kampaniyasının seçkilər zamanı da aparıldığına diqqət çəkib:

 

«Mətin Quliyev analoji piar kampaniyasını seçkilər vaxtı da aparırdı. Əlimdə kifayət qədər sübutlar var. Hüquq-mühafizə orqanlarına müraciət hazırlayıram. Mənim adımdan Facebook-da paylaşılan və mənim işlətmədiyim ifadələri məqsədli şəkildə hazırlayaraq ictimaiyyətə ötürüb. Nəticədə ünvanıma təhqir, küçə şöyüləri yazılıb, özüm və ailə üzvlərim ən ağır formada həqarətlərə məruz qalıb. Parlamentin, eyni zamanda onun üzvü olaraq mənim nüfuzuma xələl gətirməyə cəhd edilib. Onu da qeyd edim ki, məni Facebook-da olmazın söyüşlərlə təhqir edən "Əbulfəz Babasoy" profili də Mətin Quliyev tərəfindən idarə olunur”.

Son günlər sosial şəbəkələrdə deputat Etibar Əliyevin adından hərbçilərin maaşının azaldılmasına bəraət qazandıran fikirlər paylaşılır. Bu paylaşımlara görə, E.Əliyev social şəbəkə istifadəçiləri tərəfindən söyülür.

Xatırladaq ki, Fərəc Quliyev ötən çağırışda 31 saylı Suraxanı ikinci seçki dairəsindən Milli Məclisin üzvü olub. O, 2020-ci ilin fevralında keçirilən növbədənkənar seçkilərdə həmin dairədən yenidən namizədliyini irəli sürsə də, bu dəfə Etibar Əliyev deputat seçilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?