Modern.az

Parisdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə onlayn konsert təşkil edilib

Parisdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə onlayn konsert təşkil edilib

3 Mart 2021, 10:34

 

Fransa Azərbaycanlıları Koordinasiya Şurasının, Azərbaycanın Fransadakı Səfirliyinin və Azərbaycanın YUNESKO-dakı daimi nümayəndiliyinin təşkilatçılığı ilə Parisdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş onlayn konsert keçirilib.

 

Azərbaycan Mədəniyyət Mərkəzində baş tutan konsertdə tanınmış müsiqiçilər və müğənnilər – Etibar Əsədli (piano), Ağarəhim Quliyev (fleyta), Səidə Zülfüqarova (piano), Alisso Zubritski (piano), Yoann Piazza (piano), Səddam Novruzbəyov (tütək, balaban) Viktoriya Kalevatyx-Mustafabəyli (mezzo-soprano), Timur Abdikeyev (bariton), Fabris di Falko (tenor) və Kandis Albardyenin (soprano) ifasında Azərbaycan, Türkiyə və Avropa klassik bəstəkarlarının musiqilərini ifa ediblər.

 

Qeyd edək ki, Konsertin təşkilinə Fransada fəaliyyət göstərən “Ulduz” Assosiasiyasının rəhbəri Aytən Muradova yaxından köməklik edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı