Modern.az

Mərkəzi Asiyada Türkiyənin nüfuzu artır - Moskvadan QISQANCLIQ

Mərkəzi Asiyada Türkiyənin nüfuzu artır - Moskvadan QISQANCLIQ

4 Mart 2021, 15:56

Türkiyə son günlər Mərkəzi Asiya ölkələrində siyasi və iqtisadi nüfuzunu artırır.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, yaxın günlərdə Özbəkistanın Səmərqənd şəhərində Türkiyənin Baş Konsulluğu açılacaq. Konsulluğun açılışında iştirak etmək üçün martın 6-da Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Özbəkistana səfəri gözlənilir.

Konsulluğun açılması ilə Türkiyə payaxt Daşkənddən kənarda ilk dəfə diplomatik fəaliyyətə başlayacaq.

 

Özbəkistanla yanaşı, Türkiyə Mərkəzi Asiyanın digər türk dövlətləri ilə də əməkdaşlığı intensivləşdirir.

Belə ki, bir neçə gün öncə, Qazaxıstanın zirehli texnika almaq üçün Moskvanın yerinə Türkiyəyə müraciət etməsi diqqət çəkmişdi. Qazaxıstan hökuməti Arma-8x8 zirehli piyada maşınlarını almaq üçün Ankaraya müraciət edib.

 

İntensiv görüşlər sırasında fevralın 23-də Türkiyə, Azərbaycan və Türkmənisatan XİN rəhbərlərinin üçtərıfli əməkdaşlıq barədə danışıqları və Türkmənistanın TAP layihəsinə qoşulmasının müzakirəsi diqqət çəkib.

 

Baş verənlər Mərkəzi Asiya bölgəsinə öz nüfuz dairəsi kimi baxan Rusiyada ciddi narahatlıq doğurur.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir