Modern.az

ABŞ-da Corc Floyd adına qanun layihəsi qəbul edildi

ABŞ-da Corc Floyd adına qanun layihəsi qəbul edildi

Dünya

5 Mart 2021, 00:54

ABŞ Konqresinin Nümayəndələr Palatasında Corc Floyd adına Polis İslahatı barədə qanun layihəsi qəbul edilib.

 

Modern.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, “Corc Floyd adına Polisin işində ədalət haqqında akt” adlandırılan qanun layihəsi palatanın 220 üzvü tərəfindən dəstəklənərək qəbul edilib.

 

Qanun layihəsi həbs zamanı boğma fəndindən istifadənin qadağan edilməsini, şübhəli şəxslərin dini və ya irqi zəmində ayrıseçkiliyə məruz qalmasını, habelə polisə vəzifəsindən sui-istifadə etməyə icazə verən toxunulmazlıq qanununun dəyişdirilməsini nəzərdə tutur.

 

Xatırladaq ki, Minnepolisdə Corc Floyd adlı afroamerikalının polis zorakılığı nəticəsində ölməsindən sonra ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar olmuşdu.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər