Modern.az

Fəzail Ağamalı YAP-ın qurultayından DANIŞDI

Fəzail Ağamalı YAP-ın qurultayından DANIŞDI

5 Mart 2021, 16:46

“Hakim partiyanın qəbul etmiş olduğu hər bir qərar şübhəsiz ki, Azərbaycanın ictimai, siyasi, sosial və iqtisadi həyatına ciddi göstərir”.

Bu fikirləri Modern.az-a Yeni Azərbaycan Partiyasının başa çatan qurultayı barədə danışarkən Milli Məclisin deputatı, “Ana Vətən” partiyasının sədri Fəzail Ağamalı bildirib.


F.Ağamalı “Ana Vətən” partiyasının da növbədənkənar qurultayı keçiriləcəyini vuruğulayıb:

““Ana Vətən” partiyası olaraq fevral ayında onlayn formatda VII qurultayımızı keçirdik. Bizim partiyaya gənclərin axını son vaxtlar intensiv xarakter daşıyır. Partiyanın rəhbər orqanlarına gənclər cəlb edilir və eyni zamanda rayon, şəhər təşkilatlarının rəhbərləri də artıq demək olar ki, xeyli dərəcədə gəncləşir.

Qeyd etmək istəyirəm ki, biz növbədənkənar qurultay keçirmək niyyətindəyik. Bunu ötən səfərki onlayn formatda keçirdiyimiz qurultayda qeyd etmişdik. Düşünürəm ki, bu ilin sonuna qədər növbədənkəna qurultayımız baş tutacaq və həmin qurultayda ciddi qərarlar qəbul ediləcək”.

Partiya sədri YAP-ın qurultayında qəbul edilmiş yeni qərarlardan da söz açıb:

“Yeni Azərbaycan Partiyasının qurultayının keçirilməsi ilə bağlı cəmiyyətdə kifayət qədər böyük maraq var idi. Bu da təsadüfi deyil, çünki hakim partiyadır və ölkənin idarəçiliyində həlledici rol oynayır. Hakim partiyanın qəbul etmiş olduğu hər bir qərar şübhəsiz ki, Azərbaycanın ictimai, siyasi, sosial və iqtisadi həyatına ciddi göstərir.

Nəzərə alsaq ki, Yeni Azərbaycan Partiyasının sədri ölkə başçısıdır. Cənab prezidentin atmış olduğu addımlar və onun fəaliyyətinin bütün tələbləri cəmiyyətimiz tərəfindən hər zaman həssaslıq və böyük rəğbətlə qarşılanır.

YAP-ın növbədənkənar qurultayı kifayət qədər fərqli formatda keçirildi. Bir neçə zalda rəhbər şəxslərin qurultaya qoşulması və eyni zamanda rayon, şəhər təşkilatların qurultayda fəal iştirak etməsi həqiqətən təqdirəlayiqdir”.

Deputat YAP üzvlərinin zamanın tələbinə cavab verməli olduğunu da qeyd edib:


“Bununla yanaşı, qurultayda mühüm qərarlar qəbul edildi. Əvvəla, qəbul edilmiş qərara görə, İdarə Heyətin üzvıərinin sayıa rtıb. İdarə Heyətinə qəbul edilənlər Milli Məclisin deputatları kimi çox fəaldırlar. Yəqin ki, digər YAP üzvləri də zamanın çağırışına cavab verirlər.

Ən böyük yeniliklərdən biri də Siyasi Şuranın ləğv edilib, Veteranlar Şurasına çevrilməsidir. Bunu da çox yüksək qiymətləndirirəm. Gənclər həmin şurada öz fəaliyyətlərini davam etdirir və veteranlar öz təcrübələrini gənclərlə bölüşəcəklər.

Qurultay münasibəti ilə YAP sədri, prezident İlham Əliyevi, partiya üzvlərini səmimi qəlbdən təbrik edib, bundan sonrakı fəaliyyətlərində uğurlar arzu edirəm”.

 

Fidan İlqarqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır