Modern.az

Neft qiymətləri 70 dolları keçə bilər

Neft qiymətləri 70 dolları keçə bilər

İqtisadiyyat

5 Mart 2021, 19:17

Səudiyyə Ərəbistanının enerji naziri şahzadə Əbdüləziz bildirib ki, krallıq xam neft hasilatını gündəlik 1 milyon barrel azaltmaqda davam edəcək.

 

Modern.az xəbər verir ki, “OPEC+” alyansının növbəti iclasından sonra jurnalistlərə müsahibə verən nazir əlavə edib ki, hasilatın yenidən artırılması bu ay gündəmdə deyil və nazirlik onu gələcək aylarda müzakirə edə bilər. “İclasda da bəyan etdim ki, biz qlobal neft bazarında tam sabitlik yaranana qədər könüllü verdiyimiz bu qərara sadiq qalacağıq və onu dəyişməyə tələsmirik”, - deyə şahzadə Əbdüləziz vurğulayıb.

 

Alyansın son iclasında Səudiyyə Ərəbistanının açıqladığı bu qərar nəticəsində “Brent” markalı xam neftin qiyməti 67 dolları ötüb. Bu qərarla yanaşı, qiymətlərin qalxması dünyada COVID-19 əleyhinə peyvəndləmə kampaniyasının geniş vüsət alması və iqtisadiyyatın dirçəlməsi ümidləri fonunda neftə tələbatın artmasıdır. Şahzadə Əbdüləziz bu vəziyyəti şərh edərkən deyib: “Neftə tələbatın artmasının davamlılığı yeni növ koronavirusa qarşı peyvəndlərin sürətlə yayılmasından asılıdır. Əvvəlki illərin təcrübəsindən görürük ki, qlobal neft bazarında gözlənilməz dəyişikliklər, dalğalanmalar tez-tez baş verir. Fevral və mart aylarında bizim hasilatı azaltmağımız da bu mənfi halların qarşısını almaq məqsədi güdür. Ümidvaram ki, səylərimiz nəticəsiz qalmayacaq”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar