Modern.az

Belçika ölkəyə giriş-çıxış məhdudiyyətlərini uzatdı

Belçika ölkəyə giriş-çıxış məhdudiyyətlərini uzatdı

Aktual

6 Mart 2021, 00:55

Belçika koronavirus pandemiyası ilə əlaqədar ölkəyə giriş-çıxış məhdudiyyətini aprelin 18-dək uzadıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Aleksander De Kroo bildirib.

 

"Epidemioloji vəziyyət qeyri-sabit olaraq qalır. Bu səbəbdən vacib olmayan səyahətlər aprelin 18-dək qadağandır. Vəziyyətin yenidən qiymətləndirilməsi martın 26-na planlaşdırılır. Bu tədbiri virusun yayılmasını ləngitmək üçün lazımlı hesab edirik", - Baş nazir deyib.

 

Belçikada səyahət qadağası yanvar ayının sonundan etibarən qüvvədədir. Qaydalara görə, fövqəladə vəziyyətdə olan Şengen razılaşmasının bir ölkəsi sərhədlərini iki aydan çox olmayan müddətə birtərəfli şəkildə bağlaya bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub