Modern.az

QHT-lər parlamentə dəvət olundu

QHT-lər parlamentə dəvət olundu

Parlament

6 Mart 2021, 17:37

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2020-ci il üzrə məruzəsi komitəyə daxil olub və martın 10-da Milli Məclisin İnsan hüquqları komitəsində müzakirəyə çıxarılacaq.

 

Modern.az xəbər verir ki, bunu APA-ya açıqlamasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

 

Oruc deyib ki, 2020-ci ildə Ombudsman Aparatı tərəfindən görülən işlər, insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər, eləcə də digər məsələlər məruzədə əksini tapıb: “Müzakirələrdə insan haqları sahəsində ixtisaslaşan QHT-lərin təmsilçiləri də iştirak edəcəklər”.

 

Qeyd edək ki, parlamentdə Ombudsmanın məruzəsinin müzakirəsinə QHT təmsilçiləri ilk dəfədir dəvət edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü