Modern.az

Güclü külək məktəbin dam örtüyünü uçurdu

Güclü külək məktəbin dam örtüyünü uçurdu

7 Mart 2021, 11:38

Paytaxtda müşahidə olunan güclü külək 278 nömrəli tam orta məktəbin bir korpusunun dam örtüyünü uçurub.

 

Bu barədə Bakı şəhəri Təhsil İdarəsindən Modern.az-a məlumat verilib. Verilən məlumata görə, müvafiq mütəxəssislər məktəbdə olub, vəziyyətlə bağlı ilkin təhlükəsizlik tədbirləri görülüb. İlkin araşdırmalardan sonra müvafiq rəy veriləcək.

 

İlkin təhlükəsizlik tədbirlərinin təmin olunması ilə yanaşı, hava şəraiti imkan verən kimi dam örtüyünün bərpa işlərinə başlanacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir