Modern.az

9 minə yaxın hərbçimiz peyvənd olunub

9 minə yaxın hərbçimiz peyvənd olunub

Qarabağ

7 Mart 2021, 12:53

Müdafiə Nazirliyi Azərbaycan Ordusunda şəxsi heyətin COVID-19-a qarşı vaksinasiya olunması barədə sorğuya cavab verib.

Nazirlikdən Modern.az-a verilən məlumatda bildirilib:

“Pandemiya dövründə Azərbaycan Ordusunda şəxsi heyətin sağlamlığını qorumaq və COVID-19-a qarşı təhlükəsizliyi tam təmin etmək məqsədilə Müdafiə nazirinin əmrinə əsasən müvafiq tədbirlər həyata keçirilir.

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi hərbi hissələrdə keçirilən profilaktik tədbirləri daim nəzarətdə saxlayır.

Hərbi qulluqçuların sağlamlığının qorunması məqsədilə fevralın 16-dan vaksinasiya prosesinə başlanılıb.

Bakı qarnizonunda yerləşən hərbi hissələrin şəxsi heyətinin vaksinasiyası Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin hərbi qulluqçularının vaksinasiyası isə müvafiq hərbi tibb müəssisələrində aparılır.

Bu günədək 9 minə yaxın hərbi qulluqçu COVID-19-a qarşı peyvənd olunub”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir