Modern.az

YAP daim yeni gündəlik yarada bilən partiya olmağı hədəfləyir - VİDEO MÜSAHİBƏ

YAP daim yeni gündəlik yarada bilən partiya olmağı hədəfləyir - VİDEO MÜSAHİBƏ

7 Mart 2021, 14:11

YAP: Bizim tək rəqibimiz zamandır!

 

Modern.az YAP İdarə Heyətinin üzvü, millət vəkili Tahir Mirkişilinin Real TV-yə müsahibəsini təqdim edir:

 

Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi həyatının bütün mərhələlərində tarixi missiya daşıyıb. 29 il öncə Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaranmışdır. Müxalifət partiyası kimi o zaman dapartiyanın Azərbaycanın xilas olması ilə bağlı cəsarətli təşəbbüslərlə çıxış etməsi və dövlətçilik ideyalarını rəhbər tutması tarixi bir zərurət idi. Ona görə də Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmış bir partiyadır.

 

Partiyanın yaranması, inkişafı və güclənməsi Ulu öndər Heydər Əliyevin ideyaları, onun nüfuzu, uzaqgörənliyi və onun dövlətçiliklə bağlı zəngin təcrübəsi və məsləhətləri əsasında baş vermişdir. Ötən dövr ərzində Yeni Azərbaycan Partiyası müxalifət partiyasından iqtidar partiyasına və eyni zamanda Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilmişdir. Son 17 ildə Azərbaycanın bütövlükdə inkişafı, əldə etdiyimiz uğurlar Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin yorulmaz, fədakar fəaliyyəti, onun cəsarəti və eyni zamanda uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Azərbaycan keçən dövr ərzində kifayət qədər tarixi uğurlar əldə etmişdir. Bu uğurlar həm iqtisadiyyat, həmsosial sahədə, eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun artması sayəsində əldə edilmişdir. Eyni zamanda bu uğurlar içərisində ölkədə əldə edilmiş milli birlik və bu birliyin nəticəsində uzun illər ərzində işğal altında olan torpaqlarımızın azad olunmasını xüsusilə vurğulamaq lazımdır.

 Azərbaycanda indiyə qədər olmayan bir birlik əldə olunub...

 

Umumiyyətlə Yeni Azərbaycan Partiyasının rəhbəri kimi cənab İlham Əliyevin fəaliyyəti zamanı, yəni son 17 ildə Azərbaycanda 4 mühüm nəticəyə nail olunmuşdur. Bunlardan birincisi ondan ibarətdir ki, Azərbaycanda dayanıqlı əsaslara söykənən bir birlik yaranmışdır. Bu birlik həm xalq-iqtidar birliyidir, bu birlik eyni zamanda müxtəlif millətlərin və dinlərin birliyidir. Yəni, Azərbaycanda bu gün hər bir xalqın nümayəndəsi kifayət qədər rahat yaşayır, öz dilində danışa bilir, öz dininə sitayiş edir və yaxud hər hansı bir siyasi partiyanın nümayəndəsi öz fikirlərini azad şəkildə ifadə edə bilir.

 

Azərbaycanda belə bir birliyin əldə olunması çox ciddi bir uğurdur. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulması da sözsüz ki, bu birliyin, həmrəyliyin bir nümunəsidir. Bu həm də Yeni Azərbaycan Partiyasının nüfuzunun artmasının, xalqın maraqlarına xidmət etməsinin, iqtidara qarşı olan müsbət ictimai fikrin və ən ümdəsi, partiyanın sədri cənab İlham Əliyevə və sədrin 1-ci müavini Mehriban xanım Əliyevaya olan ümumuxalq məhəbbətin daha da artmasınıngöstəricisidir.

 

İkinci mühüm nəticə iqtisadiyyatda əldə edilmiş uğurlarla bağlıdır. Son 17 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artmışdır. Bu gün Cənubi Qafqazın iqtisadiyyatının 75 faizi bizə aiddir. Bu gün regionda Azərbaycanın iştirakı olmadan reallaşan hər hansı bir layihə yoxdur. Bu gün Azərbaycan iqtisadi baxımdan regionda ən müstəqil bir ölkədir. Azərbaycanın iqtisadi, maliyyə resursları ölkəmizin müstəqilliyini təmin edəcək qədər güclüdür, yetərlidir və bundan sonra da Azərbaycanın müstəqilliyini n, qüdrətinin güclənmsəini təmin edəcəkdir.

 

Bu gün Azərbaycan beynəlxalq aləmdə nüfuzlu bir ölkəyə çevrilib

 

Üçüncü nəticə Azərbaycanın beynəlxalq nüfuzu ilə bağlı əldə edilmiş nəticədir. Ölkəmiz müstəqillik əldə etdiyi illərdə hər birimizin arzusu Azərbaycanın daha çox tanınması, xarici ölkələrdə Azərbaycanın milli, mənəvi dəyərlərinin bilinməsi, məşhur şerdə deyildiyi kimi "İmzalarımızın imzalar arasında olması" idi. Hər zaman Azərbaycan deyəndə onun tanınması, adət ənənələrimizin bilinməsini biz çox arzulayırdıq. Biz artıq bu arzulara çatmışıq. Bu gün dünyada Azərbaycan deyəndə kifayət qədər nüfuzlu, öz milli dəyərləri olan, qurub – yaradan, güclü və müstəqil bir ölkə kimi qəbul olunur.

 

Azərbaycan bu gün Qoşulmama Hərəkatının sədridir. Azərbaycan BMT Təhlükəsizlik Şurasına rəhbərlik edən ölkələrdən biri olub, bütövlükdə bu gün Avropa Şurasında, ATƏT-də, Avropa İttifaqında müstəqil və yaradıcı mövqeyi olan çox az saylı ölkələrdən biridir.

 

Dördüncü nəticə isə uzun illərdir ki, Azərbaycan xalqının vahid bir amalı uğrunda apardığımız Vətən müharibəsindən tam qalib çıxmağımızdır. İşğal olunmuş torpaqlarımızın Müzzəfər Ali Baş Komandanım İlham Əliyevin rəhbərliyi ilə erməni faşizminin tapdağından olunması, milli qürurumuzun dirçəlməsi, xalqın başının ucaldılması ilə nəticələndi.

 

Bu gün Azərbaycan yeni reallıqlar yaradan bir ölkə kimi tanınır

 

2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu buna nail oldu. Düşmənə ağır zərbə vuruldu. Möhtəşəm qələbə əldə olundu. Bu gün Azərbaycan 21-ci əsrdə dünyada yeni reallıqlar yaradan bir xalq kimi, qalib bir xalq kimi, regionda daha çox hesablaşılan bir ölkə kimi qəbul olunur.

 

Qeyd etdiyim bu 4 istiqamətdə əldə etdiyimiz mühüm nəticələr həm də Yeni Azərbaycan Partiyasının rəhbəri kimi Azərbaycan Prezidenti cənab İlham Əliyevin və eyni zamanda bu amallara xidmət edən hər bir azərbaycanlının əməyinin nəticəsidir.

 

Biz artıq yeni bir reallıqlar dövrünə daxil olmuşuq. Biz reallıqları biz öz gücümüzlə yaratdıq. Ona görə də yeni dövrün də əsas söz sahibi Azərbaycandır.

 

Xalq və dövlət olaraq artıq bizi düşündürən əsas məsələlər bunlardan ibarətdir: bundan sonra bizi hansı çağırışlar gözləyir, bizim keçmişdə hansı səhvlərimiz olub, bu səhvlərin bir daha təkrar olunmaması üçün hansı addımlar atmalıyıq, dövlətimizin daha da güclənməsi üçün hansı istiqamətdə daha çox inkişaf etməliyik, xaricdən gələn təhülkələrə necə cavab verməliyik və s məsələlərdir.  Partiyanın VII  qurultayında cənab Prezident bütün bu istiqamətlərdə kifayət qədər açıq və geniş bir nitq söylədi, gələcək iş istiqamətlərini göstərdi.

 

Yeni Azərbaycan Partiyası bundan sonra fəaliyyətini müasir çağrışlara uyğun həyata keçirəcək

 

Bu çıxışdan sonra eyni zamanda partiyanın növbəti üç ay ərzində proqramının hazırlanması və bu məsələlərin proqramda öz əksini tapması Prezident tərəfindən qarşıya bir tapşırıq kimi qoyuldu. Bu tapşırıq partiyanın idarə heyəti qarşısında qoyuldu. Biz əminik ki, partiyanın yeni seçilən İdarə heyəti partiya resurslarının daha da artmasına, qarşıya qoyulan hədəflərə nail olmaq üçün partiyada dinamizmin, funksionnalığın  daha da yüksəlməsinə çalışacaq.

 

Yeni Azərbaycan Partiyasının rəhbərliyi dünyada baş verən ən son yeniliklər haqqında düşünür, oları təhlil edir və buradan gələn çağırışlara cavab vermək üçün partiyanın yenilənməsi və onun qarşısında duran məqsədlərə çatmaq naminə yeni resursların tapılması istiqamətində fəaliyyətlə məşğuldur.

 

Bu kifayət qədər təqdirəlayiq haldır. Dövlət başçısı demişkən, biz böyük tarixi uğurlar əldə etmişik və eyni zamanda bundan sonra hansı uğurlar əldə edəcəyimizlə bağlı düşünməliyik. Təbii ki, burada bizim ən böyük rəqibimiz zamandır. Çünki zaman sürətlə axır, dövr sürətlə dəyişir. Belə bir zamanda ölkəmiz qarşısında da çox mühüm çağırışlar vardır. Tarix göstərir ki, indiki dövrdə zamanla ayaqlaşmasaq biz gələcəkdə bir çox məsələlərdə geridə qala bilərik. Aparıcı partiya kimi bu barədə düşünmək bizim vəzifə borcumuzdur, bu eyni zamanda bu bir missiyadır. Cənab Prezidentin verdiyi tapşırıqların bir çoxu həm də bu missiya ilə bağlıdır.

 

Bəşəriyyətin qədəm qoyduğu 4-cü sənaye inqilabı bütövlükdə insan münasibətlərini dəyişir. Təkcə partiyaların yox, insanlar arasısında geniş ünsiyyətin qurulmasının tarixinə baxsanız, görərsiniz ki, kollektiv iştirak -  dəyərləri paylaşmaq, informasiyanın daha çox insanlar arasında yayılmasını təmin edən alət internetdir. Bu cəhətdən baxsaq belə bir fikir var ki, bu gün siyasi partiyaların ən böyük rəqibi əslində siyasi səhnənin yeni aktorlardır. Bu aktorlar internet platformaları-bloqqerlik fəaliyyəti, insanların öz fikirlərini çox qısa bir müddətdə milyonlara yaymaq bacarığıdır ki, bu tamamilə yeni bir reallıqdır. Bu gün nəinki Azərbaycanda, bütün dünyada siyasi partiyalar qarşısında bu çağırış durur. Birincisi, biz bu reallığı daha çox araşdırmalı, qəbul etməli, onun üstün və mənfi cəhətlərini bilməliyik, bu aləti öz işimizdə daha çox istifadə etməyi bacarmalıyıq. Digər tərəfdən isə insanların hansı informasiyaları düzgün, hansı informasiyaları yalan olduğunu seçmək qabiliyyətini artırmalıyıq. Bu eyni zamanda dövlətin qarşısında duran çox mühüm bir vəzifədir.

 

Partiyada verilmiş qərarlar eyni zamanda partiyada olan siyasi ardıcıllığın bariz bir nümunəsidir.

 

Yeni Azərbaycan Partiyasında yeni Veteranlar Şurası yarandı. Onların təcrübəsindən istifadə etmək, eyni zamanda yeni gənc qüvvələr vasitəsi ilə bu təcrübənin yeni metodlarla və dəyərlərlə yayılmasının təmin etmək olduqca vacibdir. Bu gün ideyaların, dəyərlərin yayılmasında ən yeni metod olan rəqəmsal vasitələri daha çox qavramaq, bundan daha çox istifadə etmək, eyni zamanda ən önəmli məsələlərdən biri yeni məzmun və yeni gündəliyin yaradılması qarşımızda duran əsas çağırışlardandır. Bu gün YAP qeyd etdiyimiz məsələlərə nail olmaqla Azərbaycanda daim müasir texnologiyalardan istifadə edə bilən, eyni zamanda bu texnologiyalar vasitəsi ilə yeni gündəlik yarada bilən, yeni ideyalar və dəyərlər yayan bir partiya olmağı  qarşısına hədəf qoyub.

Bu eyni zamanda partiyanın ənənəvi funksiyalarından bəhrələnmək və yeni çağrışlara cavab verməklə, siyasi səhnədə  gənc və orta nəsildən olan şəxslərin siyasicəhətdən daha da püxtələşməsi, onların yüksək davranış nümayiş etdirməsi kimi bir vəzifəni qarşıya qoymaqdır ki, bu da indiki dövrdə çox mütərəqqi bir vəzifədir.

 

Əminəm ki, biz YAP olaraq partiyanın sədri tərəfindən müəyyən edilən hədəflərə çatmaqla Ulu öndər Heydər Əliyevin  “Gələcəyin Partiyası olmaq” missiyasını əzmlə davam etdiricəyik.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı