İspaniya La Liqasının 26-cı turunda “Osasuna”nı məğlub edən (2:0) “Barselona” unikal göstəriciyə imza atıb.
Modern.az xəbər verir ki, katalonların qollarını Jordi Alba və İlas Moriba vurub.
Bununla da “Barselona”nın bir mövsümdə 19 yaşınadək üç futbolçusu – Ansu Fati, Pedri və Moriba qol vurmağı bacarıb. Bu, La Liqada rekord göstəricidi.
Qeyd edək ki, hazırda “Barcelona” 56 xalla turnir cədvəlində ikinci sıradadır. Lider “Atletiko”nun isə 58 xalı var.