Modern.az

Türkiyə Səmərqənddə konsulluq açdı - FOTO

Türkiyə Səmərqənddə konsulluq açdı - FOTO

Dünya

8 Mart 2021, 00:39

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Özbəkistana səfərə gedib. 

 

Modern.az xəbər verir ki, Çavuşoğlu səfər çərçivəsində Səmərqənd şəhərində Türkiyənin Baş Konsulluğunun açılış mərasiminə qatılıb. Tədbirdə Özbəkistan baş nazirinin müavini, Turizmin inkişafı üzrə Dövlət Komitəsinin sədri Aziz Abduxakimov və digər rəsmi şəxslər iştirak ediblər.

 

XİN rəhbəri çıxışında xatırladıb ki, Özbəkistan müstəqillik əldə edərkən, bu ölkəni ilk tanıyan və ilk səfirlik açan məhz Türkiyə olub.



Qeyd edək ki, M.Çavuşoğlu özünün Tvitter hesabında Baş Konsulluğun açılış mərasimi ilə bağlı paylaşım da edib.

 

"Sivilizasiyamızın qədim şəhəri olan Səmərqənddə Baş Konsulluğumuzu qardaşım Kamilovla açdıq.

Ata yurdumuz Özbəkistanla qardaşlığımızın daimi simvolu olacaqdır. 


Vətəndaşlarımıza və özbək qardaşlarımıza uğurlar", - deyə Türkiyənin xarici işlər naziri yazıb.

 

Turan ASLAN

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi