Modern.az

Obama Azərbaycan və Ermənistan arasında hərbi pariteti saxladı

Obama Azərbaycan və Ermənistan arasında hərbi pariteti saxladı

2 Fevral 2010, 13:39

Amerika prezidenti Barak Obama 2011-ci maliyyə ili üçün büdcə layihəsini Konqresə təqdim edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, gələn ilin büdcəsi 3,8 trilyon dollar təşkil edir. Sənəd müvafiq olaraq Ağ Ev administrasiyası gələn büdcə ilində Azərbaycan və Ermənistana hərbi pariteti saxlayıb. Ermənistan gələn il büdcə çərçivəsində 40 milyon dollar alacaq. Bu cari ildə Ermənistana ayrılmış vəsaitdən 10 milyon dollar artıqdır. Lakin bu rəqəm Konqresin təsdiqlədiy vəsaitdən 1 milyon dollar azdır.

Amerika Erməni Assambleyası Ermənistana büdcədə əlavə 10 milyon dollar ayrılması,  Azərbaycan və Ermənistan arasında hərbi paritetin qorunub saxlanmasına görə Barak Obama administrasiyasına minnətdarlıq edib.

  

Silahlı qüvvələrin maliyyələşdirilməsini nəzərdə tutan maliyyə yardımları Azərbaycan və Ermənistan arasında tarazlığı nəzərdə tutur. Hər iki ölkə 3,5 milyon dollar yardım alacaq.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır