Modern.az

Bakıda “Niva” ilə “Mercedes” toqquşdu - Ölən var

Bakıda “Niva” ilə “Mercedes” toqquşdu - Ölən var

8 Mart 2021, 13:32

Bakıda yol qəzası olub.

 

Bu barədə Modern.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, martın 6-sı saat 23 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qəsəbə sakinləri N.Zərbəliyevin idarə etdiyi “Niva” və H.Hacıyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə N.Zərbəliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir