Modern.az

Azərbaycan əsilli iş adamı 1 həftəyə 1,2 milyard dollar QAZANDI

Azərbaycan əsilli iş adamı 1 həftəyə 1,2 milyard dollar QAZANDI

8 Mart 2021, 17:07

Azərbaycan əsilli rusiyalı iş adamı, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov son 1 həftə ərzində 1,2 milyard dollar qazanıb.

 

Modern.az xəbər verir ki, əgər yanvarın martın 1-də iş adamının sərvəti “Bloomberg Billionaires İndex”də 19,1 milyard dollar idisə, hazırda bu məbləğ 20,3 milyard dollara qədər artıb. Fond bazarlarında neftin qiymətinin artması, stabillik və koronavirusa qarşı peyvəndin hazırlanması Ələkbərovun sərvətinin 7 gündə 1,2 milyard dollar artımına səbəb olub.

 

Xatirladaq ki, 71 yaşlı iş adamı Rusiyanın 5-ci, dünyanın isə 89-ci ən zəngin şəxsidir. Onun prezidenti olduğu “Lukoyl” şirkəti dünya neftinin 2%-ni hasil edir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?