Modern.az

Azərbaycan səfirliyi Qətər Milli Kitabxanasına kitab hədiyyə etdi

Azərbaycan səfirliyi Qətər Milli Kitabxanasına kitab hədiyyə etdi

9 Mart 2021, 09:54

Azərbaycan səfirliyi Qətər Milli Kitabxanasına (QNL) ingilis və ərəb dillərində olan 70 adda kitab bağışlayıb. Kitablar ictimaiyyətin Azərbaycanın zəngin tarixi və mədəniyyəti haqqında bilgilərinin dərinləşdirilməsi məqsədi ilə verilir.

 

Modern.az xəbər verir ki, bu barədə “The Gulf Times” yazıb.

 

Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılovu dövlət naziri və Qətər Milli Kitabxanasının prezidenti Həməd bin Əbdüləziz əl-Kəvari, eləcə də kitabxananın tədqiqat və təlim xidmətinin direktoru Əbir əl-Kuvari qarşılayıb.

 

“Biz Qətərlə hər sahədə ikitərəfli əlaqələrin genişləndirilməsinə və gücləndirilməsinə böyük əhəmiyyət veririk. Mədəniyyət tədbirlərinin xalqlar arasında əlaqələrin möhkəmlənməsində müstəsna roluna inandığımızdan bugünkü tədbir məhz bu hədəfə çatmağa istiqamətlənib. Qətər Milli Kitabxanası ilə bu əməkdaşlıqdan məmnunuq. İnanırıq ki, bu mənbələr kitabxana oxucularına və qonaqlarına Azərbaycanın mədəniyyəti və tarixi haqqında daha çox məlumat əldə etmək üçün daha geniş fürsət verəcək”, - səfir bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir