Modern.az

UNICEF-in Ermənistandakı nümayəndəsinin fəaliyyəti dayandırılır

UNICEF-in Ermənistandakı nümayəndəsinin fəaliyyəti dayandırılır

9 Mart 2021, 10:15

Ermənistan hökuməti BMT Uşaq Fondunun (UNICEF) ölkədəki nümayəndəsi Marin Klark-Hattinqin mandatını dayandırıb.

 

Modern.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan məlumat yayıb.

 

Qeyd olunub ki, M.Klark-Hattinqin fəaliyyəti Ermənistan üçün problemli hesab olunub. BMT-nin daimi əlaqələndiricisi və UNICEF nümayəndələri bu qərar barədə məlumatlandırılıb.

 

M.Klark-Hattinq 2020-ci ilin iyulunda UNICEF-in Ermənistandakı nümayəndəsi təyin olunmuşdu.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir