Modern.az

Milli həmrəyliyin yeni inkişaf mərhələsi

Milli həmrəyliyin yeni inkişaf mərhələsi

Aktual

9 Mart 2021, 10:27

Azərbaycan yeni dövrə qədəm qoyur. Azərbaycan genişmiqyaslı islahatlar aparır, bu islahatların nəticələri gündəlik həyatda, ölkənin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə əksini tapır. Azərbaycanın uğurlu enerji siyasəti, nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatları yaradıb. Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, Vətən müharibəsində parlaq Qələbə qazanılıb. İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaradıb. Azərbaycanda həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişaf təmin edilib, beynəlxalq aləmdə çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirilib. 2021-ci il martın 5-də YAP-ın VII qurultayı keçirildi. YAP nəinki Azərbaycanın, həmçinin Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. VII qurultay Yeni Azərbaycan Partiyasının həyatında dönüş nöqtəsi hesab edilə bilər. Bu isə ölkəmizin Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra yaranan yeni reallıqlardan irəli gəlir. Qırx dörd günlük Vətən müharibəsi dönəmində milli birlik modelini dünyaya nümayiş etdirən Azərbaycanın siyasi həyatında hakim partiya tamamilə yeni bir strategiyanın - siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsasını qoydu.  YAP bəzi partiyaları - 1992-ci ildə təsis edilən Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, 1993-cü ildə təsis edilən Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası və 1994-cü ildə təsis edilən Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokrat Sahibkarlar Partiyasını özünə birləşdirdi. Həmin partiyaların üzvlərinin sayı mühüm deyil, mühüm olan odur ki, cəmiyyətə YAP-ın qapılarının konstruktiv qüvvələrə açıq olması, milli həmrəylik mesajları verildi.

 

Siyasi partiyaların YAP-a qoşulması hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını elan edir. Bu həmdə ölkəmizin siyasi mühitində siyasi dialoq mühitinin dərinləşməsində, demokratik ənənələrin şaxələnməsində yeni səhifələrin yazılacağını xəbər verir. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır. Altı siyasi partiyanın hakim partiyaya qoşulması Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiya nümunəsinə çevrildi. Partiyamızın Sədri, möhtərəm Prezident İlham Əliyev qurultayda proqram xarakterli çıxış tövsiyə və tapşırıqları hər bir partiya üzvü üçün fəaliyyət proqramı kimi qəbul olunmalıdır. Prezidentin çağırışları, yeni proqramla tövsiyələri göstərir ki, YAP yarandığı dövrdəki qədər aktiv bir təşkilata çevriləcək. O zaman ölkəni xilas missiyasını daşımış partiya bu gün Azərbaycanın bölgədəki missiyasına öz təhfəsini verəcəkdir.

 

Əhliman Əmiraslanov

Milli Məcisin Səhiyyə komitəsinin sədri, akademik

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi