Modern.az

Ombudsman özəl klinikalara nəzarətin gücləndirilməsini təklif etdi

Ombudsman özəl klinikalara nəzarətin gücləndirilməsini təklif etdi

9 Mart 2021, 11:11

Özəl tibb müəssisələrində fəaliyyət göstərən həkim-mütəxəssislərin pasiyentlərə tibbi xidməti zamanı xəstəliklərin diaqnostikası və müalicəsi üzrə tələblərə (müayinə və müalicə protokoluna) əməl edilməsinə nəzarətin gücləndirilməsi vacibdir.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində qeyd edilib. Məruzədə bildirilir ki, Ombudsman pasiyentlərin hüquqlarının etibarlı təmin edilməsi məqsədilə “Pasiyentlərin hüquqlarının müdafiəsi haqqında” qanunun qəbulunun sürətləndirilməsini zəruri hesab edir.

 

Ombudsman hesab edir ki, ictimai səhiyyənin səmərəliliyinin gücləndirilməsi, uşaq və gənclərin  narkomaniya və digər zərərli vərdişlərdən qorunması üçün sağlam həyat tərzinin təbliği üzrə layihə və proqramların hazırlanıb tətbiq edilməsi, eyni zamanda sağlamlıq, idman və digər profilaktik tədbirlərin genişləndirilməsi, xüsusilə asudə vaxtın təşkili istiqamətində müsbət təcrübəyə əsaslanmaqla müvafiq layihələrin həyata keçirilməsi zəruridir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?