Modern.az

Azərbaycanda Aliment Fondu yaradılsın - TƏKLİF

Azərbaycanda Aliment Fondu yaradılsın - TƏKLİF

Aktual

9 Mart 2021, 11:48

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aliment Fondunun yaradılmasını  təklifi edir.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Ombudsmanın 2020-ci il üzrə məruzəsində qeyd olunub.

 

Məruzədə vurğulanan təklifə görə, uşağın saxlanılması üçün məhkəmənin təyin etdiyi alimentin dövlət tərəfindən (sonradan borcludan məcburi qaydada alınması şərti ilə) ödənilməsi üzrə mexanizmi (Aliment Fondu) yaradılmalıdır.

 

Qeyd edək ki, məruzə Milli Məclisin İnsan hüquqları komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür