Modern.az

Deputat karantin rejiminin sərtləşdirilməsini İSTƏMİR

Deputat karantin rejiminin sərtləşdirilməsini İSTƏMİR

9 Mart 2021, 12:00

"Qarşıdan gələn əsas məsələ Nazirlər Kabineti yanında Operativ Qərargahın nə qərar verəcəyi ilə bağlıdır"

 

Modern.az xəbər verir ki, bunu parlametin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Fazil Mustafa deyib. Deputat iş yerlərinin yeni açılmasına diqqət çəkib:

 

"İnsanlar indi işə başlayıb. Kafe-restoranlar, digər iş yerləri yeni açılıb. İnsanlar yenidən qapanma olacağından qorxur. Hesab edirəm ki, əsas hədəfimiz insanların çalışma yerindən uzaqlaşmaması və işləməsidir".

 

Fazil Mustafa Novruz bayramı öncəsi qiymətlərin qalxmasını da vurğulayıb:

 

"Başa düşürəm ki, sağlamlıq üçün epidemioloji vəziyyəti nəzarətə götürmək olar. Ancaq rayonlara gediş-gəlişi bağlamaq doğru deyil. Belə olan halda, şəhərdə tıxac da azalar. Hesab edirəm ki, vaksinasiyanı gücləndirmək lazımdır"

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi