Modern.az

Erkin Qədirli: “Bu əskikliyimizi aradan qaldırmaq haqqında düşünməliyik”

Erkin Qədirli: “Bu əskikliyimizi aradan qaldırmaq haqqında düşünməliyik”

9 Mart 2021, 13:05

Milli Məclisin deputatı Erkin Qədirli parlametin bu gün keçirilən plenar iclasında YAP üzvlərini təbrik edib.

Modern.az xəbər verir ki, deputat ReAl Partiyasının dövlət qeydiyyatına alınması münasibətilə ona ünvanlanan təbrikləri xatırladıb:


"Üzvü olduğum partiya dövlət qeydiyyatına alınanda Siz məni təbrik etmişdiniz. Mən də özümə borc bilirəm ki, qurultay münasibətilə bütün YAP-çı deputatları təbrik edim”.

Deputat bələdiyyələrin Milli Məclis qarşısında hesabatlılığını mümkün saymadığını da bildirib:

“Ona görə də qanunvericiliyə dəyişiklik edilməlidir. İcra başçıları və bələdiyyələrin səlahiyyətləri ilə bağlı legitimlik böhranı var. Bu məsələ təməldən yanlış qurulub. Ayaz Mütəllibov icra hakimiyyəti orqanını yaratdı və bu, hələ də davam edir. Azərbaycan Avropa Şurasında seçkili merləri, böyük şəhər bələdiyyələri olmayan yeganə ölkədir. Ona görə də ciddi olaraq biz bu əskikliyimizi aradan qaldırmaq haqqında düşünməliyik. Deputat kimi, qanunvericilik təşəbbüsüm var və ola bilsin payız sessiyası üçün belə bir qanunu təklif edəcəyəm”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi