Modern.az

Azərbaycan çempionatı keçirilməyəcək - QƏRAR

Azərbaycan çempionatı keçirilməyəcək - QƏRAR

9 Mart 2021, 13:28

Basketbol üzrə Azərbaycan çempionatı keçirilməyəcək.

 

Modern.az-ın məlumatına görə, buna koronavirus pandemiyası səbəb olub.

 

Bu barədə qərarı Azərbaycan Basketbol Federasiyası verib. Qurum komandaların məşq etməsinin mümkün olmadığı dövrdə 2020/21 mövsümünü keçirilməməsini məqsədəuyğun sayıb. Bu, müstəqil Azərbaycan basketbolu tarixində ölkə çempionatının keçirilmədiyi ilk hadisədir. Çünki komanda idman növləri arasında yalnız basketbol çempionatları daim təşkil olunub.

 

Növbəti mövsümün həmişəki kimi payızda start götürməsi planlaşdırılır. Bu da koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər aradan götürüləcəyi halda reallaşacaq.

 

Qeyd edək ki, ötən mövsüm koronavirus pandemiyası üzündən XXVII Azərbaycan çempionatı yarımçıq dayandırılmışdı. Yarışda fasiləyə yarananadək lider olan “Zirvə Astara” çempion elan edilib, “Atom” ikinci, “Gəncə” üçüncü yeri tutub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi