Modern.az

Yanğınsöndürənlərə çətinlik yaradan maneələr sökülür - VİDEO

Yanğınsöndürənlərə çətinlik yaradan maneələr sökülür - VİDEO

Aktual

9 Mart 2021, 13:38

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti xüsusi təyinatlı texnikaların hərəkətinə süni maneə törədən faktların aşkar edilib aradan qaldırılması üçün reyd keçirib.

 

Modern.az FHN-ə istinadən verdiyi xəbərə görə, binaların bilavasitə yaxınlığında müxtəlif ölçülü dirəklərin basdırılması, daş, beton parçaları və başqa vasitələrlə yolların hərəkət hissələrinin tutulması, daraldılması, həmçinin yaşayış binalarının yanğın keçidlərində yolların tam və ya qismən bağlanması, o cümlədən şlaqbaumların quraşdırılması baş verə biləcək fövqəladə hadisələr, eləcə də yanğınlar zamanı yanğınsöndürən və digər xüsusi təyinatlı texnikaların taktiki və texniki imkanlarını məhdudlaşdırır.

 

Yanğın texnikasının əlverişli mövqedə yerləşdirilməsini və manevr etməsini mümkünsüz edir, əlavə şlanq xətlərinin istifadəsinə zərurət yaradır ki, bu da böyük vaxt və su itkisinə, insanların təxliyə olunmasına, nəticə etibarı ilə insanların həyat və sağlamlığının, əmlakının qorunmasına yönəldilmiş operativ müdaxiləyə ciddi çətinliklər yaradır.

 

Bu səbəbdən, sadalanan süni maneələrin ünvanlarının müəyyən edilərək aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

 



Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar