Modern.az

Başına dəmir lövhəsi düşən qadının ölməsilə bağlı cinayət işi açıldı

Başına dəmir lövhəsi düşən qadının ölməsilə bağlı cinayət işi açıldı

Aktual

9 Mart 2021, 14:12

Martın 7-də saat 12 radələrində Bakı şəhəri,  Nəsimi rayonu, Puşkin küçəsi 1 ünvanında 1 nəfər qadının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Nəsimi rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, 1987-ci il təvəllüdlü Namətova Şəfəq Məhərrəm qızı qeyd edilən ünvanda piyada hərəkətdə olan zaman Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda görülən təmir işləri ilə əlaqədar inzibati binanın ətrafına təhlükəsizlik tədbirləri üçün quraşdırılmış dəmir lövhələrdən birinin güclü küləyin təsirindən uçaraq onun üzərinə düşməsi nəticəsində ölüb.

 

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü