Modern.az

Bakı məktəblərində SMS - gündəliklər tətbiq olunacaq

Bakı məktəblərində SMS - gündəliklər tətbiq olunacaq

2 Fevral 2010, 14:58

Tezliklə məktəblərdə  SMS - gündəlik layihəsi tətbiq olunacaq. İlk əvvəl layihəyə beş pilot məktəb qoşulacaq. Modern.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, pilot layihəyə qoşulan təhsil müəssisələri müəyyənləşib. Həmin məktəblər Bağça – Məktəb – Lisey Kompleksi, 5, 62, 204 və 239 nömrəli məktəblərdir.
Məktəblərin seçilməsində Valideyn - Müəllim Assosiasiyasının (VMA) fəaliyyət göstərməsi də nəzərdə tutulan amil olub.

Layihəyə əsasən  şagirdlərin qiymətləri gündəlik olaraq sms vasitəsilə valideynlərinə  çatdırılacaq. Lakin bu, məcburi deyil. Valideynlər könüllü  olaraq qarşılıqlı müqavilə əsasında layihəyə qoşula biləcəklər. İlkin məlumata görə, xidmət üçün aylıq ödəniş haqqı 5 AZN məbləğindədir.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir