Modern.az

TQDK-da “ABŞ təhsilinə ümumi baxış” mövzusunda təqdimat keçirilib

TQDK-da “ABŞ təhsilinə ümumi baxış” mövzusunda təqdimat keçirilib

2 Fevral 2010, 16:37

Fevralın 2-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Azərbaycan Diplomatik Akademiyasının tələbə qəbulu üzrə direktoru Cənis Ostin “ABŞ təhsilinə ümumi baxış” mövzusunda təqdimat keçirib. TQDK-dan Modern.az-a verilən məlumata görə, Cənis Ostin ABŞ ali məktəblərinə tələbə qəbulu və maliyyə yardımı üzrə 30 ildən artıq təcrübəsi olan mütəxəssisdir.

Tədbirdə TQDK sədri Məleykə Abbaszadə, sədrin müavini Namiq Babayev, komissiyanın əməkdaşları və ekspertləri, iştirak ediblər.

C.Ostin məruzəsində ABŞ təhsil sitemi, o cümlədən bu ölkədə ali məktəblərin müxtəlif pillərinə qəbul prosedurları barədə geniş məlumat verib. Bildirib ki, ABŞ-da 132 mindən artıq ibtidai və orta məktəb, 6500-ə yaxın ali təhsil müəssisəsi fəaliyyət göstərir. 2007-ci ildə bu ölkədə 15,6 milyon nəfər bakalavr təhsilinə, 2,3 milyon magistraturaya, 357 min nəfər isə peşə təhsilinə qəbul olunub. Yaxın gələcəkdə qəbul olanların sayının  daha da artırılması nəzərdə tutulub.

Cənis Ostin Amerika Birləşmiş Ştatlarında abituriyentlərin ali təhsil almaq imkanları, müraciət prosesi, tələbə qəbulu modelləri və seçim prosedurları barədə də ətraflı məlumat verib.

ABŞ-dan olan ekspert məruzəsinin sonunda Azərbaycanda çalışdığı  müddətdə ali və orta ixtisas məktəblərinə qəbul qaydaları ilə tanış olduğunu və TQDK tərəfindən tətbiq edilən qəbul modelini yüksək qiymətləndirdiyini qeyd edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi