Modern.az

Miçek:”2010-cu ili Nabukko ili adlandırmaq olar”

Miçek:”2010-cu ili Nabukko ili adlandırmaq olar”

2 Fevral 2010, 23:29

”2010-cu ili Nabukko ili adlandırmaq olar”. Modern.az qərb mətbuatına istinadən xəbər verir ki, bu barədə Nabukko qaz kəməri layihəsinin icraçı direktoru Raynxard Miçek  The Wall Street Journal qəzetinə verdiyi müsahibədə bildirib. Qəzet yazır ki, Qərbi Avropanı Xəzər regionu ilə birləşdirəcək 3300 km uzunluğunda boru kəməri nəzəri olaraq Rusiyanın Qərbə qaz nəqli üzrə monopoliyasını pozacaq. Tikintisi 2011-ci ildə başlayacaq kəmərin investisiya xərcləri 7,9 milyard avro təşkil edir.

Nabukkonun reallaşması məsələsinə  toxunan icraçı direktor Meçik qeyd edir ki, hazırda hər şey cari ildə uğurlu  “mövsüm ovu”undan asılıdır. Miçek “mövsüm ovu” dedikdə tender prosesinin nəzərdə tutulduğunu deyib. 

“Bizim buraxa biləcəyimiz ən böyük səhv –sözlərimizdə zəiflik göstərməyimizdir”deyən Miçekə görə, qaz probemi özünü 2-3 ildən sonra daha kəskin göstərəcək. Nabukko Avropa üçün vacibdir. Əgər altentiv qaz mənbələri AB xaricində Çin, Uzaq Şərq və Amerkaya satılarsa, onda Avropa mavi yanacağı 5 ilə yox, 30 illiyə itirə bilər.

Onun sözlərinə görə, Avropada qaza tələbat hər il 1 faiz artacaq. “Aydındır ki, Avropada qazın istehsalı azalacaq və boşluq yaranaq, bu boşluğu isə indidən bağlamaq lazımdır”.  Miçek qeyd edir ki, Avropada bu gün 500 milyard kub.metr qaz istehlak olunur. Əgər bu səviyyə aşağı olsa belə, yaxın 10 il ərzində idxal olunan qazın həcmini ildə 150 milyard kub.metr artırmaq lazım gələcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı