Modern.az

Komitə sədri Rusiya səfiri ilə görüşüb    

Komitə sədri Rusiya səfiri ilə görüşüb    

Diaspor

18 Mart 2021, 13:47

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixayıl Boçarnikovla görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdə “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin - Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) rəhbəri Zinnurov İrek Xaydaroviç də iştirak edib.

 

Görüş zamanı Rusiyadakı Azərbaycan diasporunun mövcud vəziyyəti, Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti, cari planlar, ölkəmizdəki rus icmasının fəaliyyəti, eləcə də qarşılıqlı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi