Modern.az

Azərbaycan diasporu Novruz bayramını necə qeyd edir? - Diaspor liderləri ilə Sorğu

Azərbaycan diasporu Novruz bayramını necə qeyd edir? - Diaspor liderləri ilə Sorğu

20 Mart 2021, 15:30

Bu gün Azərbaycanda Novruz bayramı qeyd edilir. Novruz yazın gəlişinin simvolun olan qədim xalq bayramlarımızdan biridir. Mənası isə “Yeni gün” deməkdir.

 

Maraqlıdır, bəs Avropada və Rusiyada mövcud olan AZərbaycan diasporu bu gün münasibəti ilə hansı işləri görürlər?

 

Azərbaycan diasporunun ayrı-ayrı ölkələrdəki rəhbərləri Novruz bayramı ilə bağlı gördükləri və müşahidə etdiklərini Modern.az-la bölüşüblər.

 

Novruz bayramı hər il bütün dünyada olduğu kimi İsveçrədə də qeyd olunur...

 

Azərbaycanın İsveçrədəki Koordinasiya Şurasının rəhbəri Qasım Nəsirov Novruz bayramını ötən illərdə böyük zallar, restoranlar tutub 300 nəfərə qədər insan toplaşıb, əylənərək qeyd etdiklərini bildirib:

 

“Proqramımızı həmişə öncədən qururduq. Çərşənbələrdə də oyunlar fikirləşib, səhnədə oynamışıq. Azərbaycan Qarabağ məktəbinin uşaqları rəqs edib, teatr göstəriblər.

 

Lakin bu il pandemiya səbəbindən 10 nəfərdən artıq bir yerə toplaşmaq hüququmuz yoxdur. Restoranlar, kafelər, böyük zallar bağlıdır. Biz çalışırıq ki, bir-birimizlə təmasda olaq. Evlərimizdə bu bayramı mütləq qeyd edəcəyik. Çərşənbələri də özünə məxsus şəkildə qeyd etdik. Od qalayıb, bişirtdirdiyimiz bayram təamlarınının şəkərbura, palavanın dadına baxıb, şam yandırıb, qapı da pusacayıq. Hər bir ənənəni öz evimizdə, ailəmiz ilə birlikdə edəcəyik. Görüşlərimizi də ancaq onlayn şəkildə təşkil edəcəyik”.

 

Bu il Novruz bayramını hər kəs öz ailəsi və yaxınları ilə birlikdə qeyd edəcək...

 

Fransa- Azərbaycan Dialoqu Assosiyasiyasının sədri Günel Səfərova ötən il martın 16-dan karantin rejimində olduqlarını qeyd edib:

 

Çox təssüflər olsun ki, bizim hələ də toplaşmaq hüququmuz yoxdur. Virusun yayılmasının qarşısının alınması ilə bağlı olaraq qadağalarımız var. Keçən il və bu il də tədbirlər keçirə bilməməyimizə təssüf edirəm. 

 

Bizim 6 nəfərdən çox toplaşmaq hüququmuz yoxdur. Novruzu bütün atributları  və elementləri ilə necə lazımdır, o şəkildə qeyd etmək istəyərdik, lakin edə bilmirik. Karantin rejimi bizim əlimizi, qolumuzu bağlayır. İnşalalh gələn il Novruz bayramını necə lazmdır, Fransadakı səfirliyimizin və UNESCO yanındakı nümayəndələrimizin keçirtdiyi tədbirlərə qatılaraq qeyd edərik. Diaaspor üzvüləri ilə tədbirlər keçirəcəyik”.

 

Novruz bayramını təkcə Rusiyada yaşayan azərbaycanlılar yox, Orta Asiya və digər Qafqaz millətləri tərəfindən də qeyd olunur... 

 

Moskva Azərbaycanlıları İcması rəhbəri Şamil Tağıyevin sözlərinə görə bu səbəbdən şəhər bayramı statusu şəklində qeyd olunur:

 

“Həmin günü Moskva şəhərinin parklarında və digər sərgi mərkəzlərində Novruz bayramına aid olunmuş sərgilər, tədbirlər, konsert proqramları keçirilir. Bütün bu tədbirlərdə Azərbaycan diaspor nümayəndələri aktiv şəkildə iştirak edir. Azərbaycan mətbəxtini, musiqisini, adət-ənənələrini əks etdirən sərgiləri təşkil edirlər.

 

Dövlət səviyyəsini kənara qoysaq, orta insanlar bu bayramı yeni ildən daha təntənəli şəkildə qeyd edirlər.. Çünki Novruz milli və bizi Azəbaycanla bağlayan bir bayramdır. Hər Novruzu və onun çərşənbələrini keçirəndə milli mətbəximizin təamları masamızın üzərində olur. Bununla bağlı Azərbaycanda olan hər hansı bir uşaqlıq və ya gənclik illərimizdəki xatirələrimiz yada düşür. Bu bayram azərbaycanlılar arasında daha xoş qəbul olunur. Demək olar ki, artıq Novruz bayramına 1 güb qalmış Moskvanın bütün azərbaycanlılara məxsus olan restoranlarında Novruz bayramına aid olan proqramlar hazırlanır. Azərbaycandan gələn musiqi ustaları, müğənnilər həmin proqramlarında da iştirak edirlər. Ailəvi bir bayram kimi qəbul olunur. Hər kəs ya öz evində, ya da ki, həmin restoranlarda masalar sifariş edib, hər ailə öz masası arxasında bu bayramı xoş ab-hava ilə qeyd edir”. 

 

Pandemiya ilə bağlı olaraq qadağalar hələ də davam etdiyinə görə biz açıq şəkildə tədbirlər keçirə bilmirik...

 

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Maisə Ağamirzəyeva evlərdə bir nəfərdə artıq qonaq gəlməsinə icazə verilmədiyini bildiirb:

 

“Axşam 9-dan sonra isə komendant saatıdır. Ona görə də azərbaycanlılar hamısı öz evində bu bayramı qeyd edəcəklər.

 

 Novruz atributları olan şirniyyatlar hazırlanır, səmənilər süfrələrə qoyulur, tonqalını qalaya bilənlər isə qalayırlar. Adət-ənənələrimizə çox gözəl şəkildə əməl olunur. Heyif ki, toplaşmaq hüququmuz yoxdur.

 

Biz özümüz Ana Vətən Avropa-Azərbaycanlıları Qadınlar Birliyi olaraq bir neçə il bundan öncə Novruz bayramını Hollandiyada tanıdıb, böyük bir tədbir keçirmişdik. Hətta o vaxtları məlumat da vermişdik ki, bu gözəl bayramlarımız torpaqlarımızın 20 faizində qeyd edə bilmirik, çünki işğal altındadır. O torpaqlarda tonqallar qalanmır. Bu minvalda da məlumat vermişdik.

 

Biz xaricdə yaşayan azərbaycanlılar olaraq sevinirik ki, bayram tonqallarımız artıq Şuşada, doğma Qarabağımızda qalanır. Bu da müzəffər ordumuzun, Ali Baş Komandanımzıın sayəsindədir. 3000 minə yaxın qanı tökülən şəhidimizin canı və qazilərimizin sağlamlığı bahasına baş verdi. Bütün şəhid ailələri Novruzu qara bayram kimi qəbirlərə ziyart edib, qeyd edəcəklər. Cavan oğlanlarımızın məzarları xonçalarla doludu. Allah o analara səbr versin. Kaş bizdə orada olub, onları qucaqlayıb, təsəlli edə bilərdik. Lakin Nə yaxşı ki, Azərbaycan xanımı məğrur və başı dikdir. Şəhid övladına baş sağlığ verəndə “vətən sağ olsun deyir və əzmlə nə yaxşı ki, belə bir övlad yetişdirmişəm” deyir. Bu qadınlar xaricdə yaşayan bütün analara nümunədirlər”.

 

Nəzrin Vahid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir