Modern.az

Mironov Putini saymır

Mironov Putini saymır

Təhsil

3 Fevral 2010, 13:05

Rusiyanın hakim “Yedinaya Rossiya” partiyasının üzvləri Federasiya Şurasının spikeri, “Ədalətli Rusiya” partiyasının sədri  Sergey Mironovun baş nazir Vladimir Putinin irəli sürdüyü təşəbbüslərlə bağlı fikirlərini qəzəblə qarşılayıblar. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Dövlət Dumasının vitse-spikeri Vyaçeslav Volodin qeyd edib ki, Mironovun Putinin təşəbbüsləri ilə razı olmaması əslində Federasiya  Şurası sədrinin baş nazir Putinə qarşı intizamsızlıq nümayişi kimi qiymətləndirilməldir.   Volodinə görə, Putin ölkə üçün, eləcə də Mironovun özü üçün çox işlər görüb. Volodin qeyd edib ki, Mironovun Putin və prezident Medvedev barədə fikirləri ədalətsizlikdir, onlar bu sözlərə layiq deyil. Məhz Putin və Medvedevin böhran əleyhinə proqramları ölkəni Avropa ölkələrinin üzləşdiyi problemlərdən xilas edib. Buna görə də Mironovun fikirlərmni düzgün hesab etmirik.

Hakim partiyanın Rəyasət Heyətinin üzvü Andrey İsayev hesab edir ki. Mironov tutduğu vəzifədən getməlidir.  Onun sözlərinə görə, Mironovun  artıq Putini dəstəkləməməsi barədə verdiyi bəyanat onun özünün şəxsi mənəvəi süqütundan xəbər verir. İsayev qeyd edir ki, Mironov prezidenti dəstəklədiyini deyir. Əslində isə, o yalan danışır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır