Modern.az

“Kurtlar Vadisi Pusu” rekord qırdı

“Kurtlar Vadisi Pusu” rekord qırdı

İqtisadiyyat

8 Sentyabr 2012, 10:31

Türkiyənin “KurtlarVadisi Pusu” serialı yeni bir rekorda imza atıb. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Atv telekanalında yayımlanacaq serialın yeni bölümünün ilk fraqmenti 4 milyon insan tərəfindən izlənilib.

Serialın yeni bölümündə baş qəhrəman Mematinin ölüm səhnəsi izləyicilər tərəfindən böyük marağa səbəb olub.

Qeyd edək ki, 13 sentyabrda yeni mövsümə başlayan “KurtlarVadisi Pusu”nun  ilk fraqmenti üç gün əvvəl atvda nümayiş olunmağa başlandı. Böyük maraq çəkən təqdimat filmi, “Kurtlar Vadisi”nin nümayiş olunduğu internet saytı "panadizi.com" da da bəyənməyə təqdim edildi. Üç gün içində fragman bir rekorda imza atdı və saytda iki milyon 195 min adam tərəfindən izlənib. Ümumilikdə isə serialın ilk fraqmentinin 4 milyondan çox insan tərəfindən izləndiyi bildirilib.

Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər