Modern.az

Azərbaycan “Eurovision”da bu nömrə ilə çıxış edəcək - Siyahı açıqlandı

Azərbaycan “Eurovision”da bu nömrə ilə çıxış edəcək - Siyahı açıqlandı

30 Mart 2021, 17:28

Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edən Samirə Əfəndi səhnəyə 14-cü çıxacaq.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Niderland dövlət kanalı NPO məlumat yayıb. Qeyd olunub ki, Rotterdamda səhnəyə çıxacaq müğənnilərin sıralaması müəyyənləşib və Avropa Yayım Birliyi (EBU) tərəfindən təsdiqlənib.

Siyahıya əsasən, Əfəndi “Mata Hari”ni birinci yarımfinalda 14 nömrə altında səsləndirəcək.

 

Qeyd edək ki, 65-ci dəfə keçirilən yarışmanın birinci yarımfinalında 16, ikincisində isə 17 ölkə yer alacaq. Hər iki yarımfinaldan 10 nəfər finala vəsiqə qazanacaq.

 

Birinci yarımfinal:

 

1. Litva

2. Sloveniya

3. Rusiya

4. İsveç

5. Avstraliya

6. Şimali Makedoniya

7. İrlandiya

8. Kipr

9. Norveç

10. Xorvatiya

11. Belçika

12. İsrail

13. Rumıniya

14. Azərbaycan

15. Ukrayna

16. Malta

 

İkinci yarımfinal:

 

1. San -Marino

2. Estoniya

3. Çexiya

4. Yunanıstan

5. Avstrya

6. Polşa

7. Moldova

8. İslandiya

9. Serbiya

10. Gürcüstan

11. Albaniya

12. Portuqaliya

13. Bolqarıstan

14. Finlandiya

15. Latviya

16. İsveçrə

17. Danimarka

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?