Arxiv
31 mart 2021, 15:07 | REPORTAJ
Dünyanın qadın generalları – ÖLKƏLƏR, ADLAR

Dünyada gender bərabərliyinə ayrılan xüsus diqqət ordudan da yan keçməyib. Tarixdə qadın sərkərdlərin, hökmdarların mövcudluğu, bəzi hallarda isə işğalçılara qarşı uğurlu mübarizəsi barədə çoxsaylı faktlar olsa da, hərb işi əsasən kişilərə məxsus peşə kimi qəbul edilib. Amma son illər dünya ordularında qadın hərbçilərin sayı şəxsi heyət arasında 10%-i keçib. Onlar arasında təkcə tibb xidməti deyil, kəşfiyyat, rabitə, hətta xüsusi təyinatlı qüvvələrdə xidmət keçən, yüksək rütbə alanların sayı az deyil.

Modern.az dünyanın fərqli ölkələrində general rütbəsi daşıyan qadın generallar barədə məlumatı təqdim edir.

 

Azərbaycan

Azərbaycan tarixində yeganə qadın general keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Əməliyyat-Texniki İdarısinin eks-rəisi Natəvan Mirvətova olub. O, 2009-cu il martın 28-də Azərbaycan Prezidentinin sərəncamı ilə general-mayort ali hərbi rütbəsi alıb. 2018-ci ilin aprelində “MTN işi” çərçivəsində məsuliyyətə cəlb olunan qadın generalın hərbi rütbəsi geri alınıb. 

 

Gürcüstan

Gürcüstan tarixində yeganə general rütbəsi daşıyan qadın İrina İmerlişvilidir. O, Milli Təhlükəsizlik Şurasının keçmiş sədri, “Gürcü Arzusu” partiyasından deputat və ədliyyə general-mayorudur.

 

Qazaxıstan


Qazaxıstan tarixində yeganə qadın-general Prokurorluq orqanlarının əməkdaşıdır. Belə ki, Saule Aytpayeva uzun illər Qazaxıstan Baş Prokurorluğunun İnformasiya və Statistika Xidmətində çalışıb. 2013-cü ilin mayında ona general-mayor rütbəsi verilib.

 

Türkiyə

Qardaş Türkiyə Ordusunda isə Hərbi Hava Qüvvələrinin zabiti Bilgəxan Bülbül Silahlı Qüvvələrin ilk qadın general olmaq şanslarını qazansa da, 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhdlə bağlı hadisələr zamanı onun həyat yoldaşının da adının Fətullah Gülənlə yanaşı hallanması bu iddialara son qoyub.

 

Pakistan


Pakistan Dost Pakistan Ordusunda isə 3 qadın general var. Onlar tibb xidməti general-mayorları – Şahidə Badşah, Nigar Cöhər Xan və Şahidə Malikdir. 

 

İspaniya


2019-cu ildə İspaniya Ordusunun hərbi qulluqçusu, 56 yaşlı Patrisiya Orteqa Quru Qoşunları Mühəndis-Politexnik Korpusunun briqada generalı təyin olunub. O orduda yeganə qadın generaldır.

 

Ukrayna


Azərbaycana dost ölkələrdən Ukraynaya gəlincə, ilk dəfə 2018-ci il oktybarın 14-də prezident Pyotr Poroşenko Milli Təhlükəsizlik Xidmətinin Hərbi-Tibb İdarəsinin rəisi Lyudmila Şuqaleyə tibb xidməti general-mayoru ali hərbi rütbəsi vermişdi. 2020-ci ilin martında isə prezident Vladimir Zelenski Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat idarəsinin rəis müavini Yuliya Laputinaya general-mayor rütbəsi verilməsi ilə bağlı sərəncam imzalayıb.

 

Rusiya


Rusiyada fərqli qurum və müəssisələrdə ümumilikdə 44 qadın general xidmət edir. Amma həmin generallar arasında yalnız 1-nin karyerası Silahlı Qüvvələrlə bağlıdır. Belə ki, Rusiya Ordusunda yeganə general rütbəsini daşıyan qadın – Tatyana Viktorovna Şevtsovadır. O 1969-cu ildə Kaluqa vilayətinin Kozelsk şəhərində anadan olub. 1991-ci ildə Leninqrad Maliyyə İnstitutunu bitirən Şevtsova uzun illər Federal Vergi Xidmətinin direktor müavini, 2010-cu ildə isə Rusiya müdafiə nazirinin məsləhətçisi təyin olunmuşdu. 2010-cu il avqustun 4-dən isə müdafiə nazirinin müavini səlahiyyətlərini icra edir.

 

ABŞ


Ümumiyyətlə, ABŞ Ordusunda bu günə qədər 49 qadın general olub.

Enn Elizabet Danvudi – ABŞ Ordusunun generalı. O 1953-cü il yanvarın 14-də Virciniya ştatının Fort-Biver bazasında anadan olub. 22 yaşında qadınlardan ibarət hərbi korpusda 2 illik xidmətə başlyan Danvudi sonralar 82-ci hava-desant diviziyasında yeganə qadın-batalyon komandiri çalışıb. O, İraq və Əfqanıstanda hərbi əməliyyatlarda iştirak edib və 2002-ci ildə generla-mayor, 2005-ci ildə isə general-leytenant rütbəsi alıb. 2008-ci ildə 4-cü ulduzunu da alaraq ABŞ Ordusu tarixində ilk tam general rütbəsi alan qadın olub. 2008-2012-ci illərdə Ordunun maddi təminat üzrə komandanı olan Enn Danvudi 38 illik xidmətdən sonra təqaüdə çıxıb.

Klaudiya Kennedi – ABŞ Ordusunun ilk qadın general-leytenantı. O 1947-ci il 14 iyulda Almaniyanın Frankfurt şəhərində anadan olub. Kennedi 1997-ci il mayın 21-də general-leytenant rütbəsi alıb. O uzun illər ABŞ Baş Qərargahının kəşfiyyat xidmətinin rəisi olub. Xanım general 2000-ci ildə istefa verib.

 

Çin


Çin Ordusu da son illər aktiv şəkildə qadın hərbçiləri ordusuna cəlb edir. Rəsmi olaraq, Min Xalq Ordusunda 2 qadın general var. Onlardan biri Hərbi Hava Qüvvələrinin general-mayoru, diviziya komandiri Çen Syaszyan, digəri isə general-mayor Tan Bindir. Məhz həmin qadın generallar 2019-cu ilin oktybarında Pekində Çin Xalq Azadlıq Ordusunun yaranmasının 70 illiyinə həsr olunmuş təntənəli parada rəhbərlik etmişdilər.

 

İsrail


İsrail Dünyanın ən yüksək döyüş hazırlığına malik ordularından birinə malik İsrail qadınlar üçün hərbi karyera qurmaq həmişə əlverişli olub. Hazırda yüksək zabit heyəti arasında qadınların sayı ildən-ilə sürətlə artır. Belə ki, Orduda 40-dan çox polkovnik, 7 briqada generalı var. Orna Babrivay – İsrail Ordusunun kadrlar şöbəsinin rəisi, general mayordur. Şaron Nir - Baş Qərargah rəisinin gender məsələləri üzrə məsləhətçisi, briqada generalı . Mixail Teşuva - Baş Qəraragahın administrasiya şöbəsinin rəisi, briqada generalı Ariella Ben Avram - Baş hərbi senzor, briqada generalı Orli Markman - Hərbi Appelyasiya Məhkəməsinin sədr müavini, briqada generalı Orli Ştern – Müdafiə Nazirliyinin mühəndis-tikinti şöbəsinin rəisi, briqada generalı Ariella Leyzroviç – Baş Qərargah rəisinin baş maliyyə məsləhətçis.

 

Böyük Britaniya


Böyük Britaniya Ordusunda ilk dəfə qadına general-mayor rütbəsi 2015-ci ilin senyabrlnda verildi. 52 yaşlı Syuzan Ric general rütbəsi almaqla yanaşı, orduda baş hüquqşünas vəzifəsini də aldı. 2018-ci ildə qəbul edilən qərarla qadınlar Böyük Britaniya Ordusunda istənilən hərbi vəzifəyə, o cümlədən xüsusi təyinatlı qüvvələrdə postlara iddialı ola bilərlər.

 

Fransa


Fransada Silahlı Qüvvələrdə xidmət edən qadınların sayı şəxsi heyətin 10,5%-ni təşkil edir. Ölkənin müdafiə naziri postunu da qadın Plorans Parli icra edir. Hazırda Fransa Ordusunda qadın generalların sayı azlıq təşkil edir. Quru qoşunlarında 169 generaldan 2-si, Hərbi Dəniz Qüvvələrində 59 generaldan 1-i, Hərbi Hava Qüvvələrində isə 72 generaldan 3-ü general rütbəsi daşıyır. İntendant Xidmətində 29 generaldan 6-sı, Baş Silahlandırma İdarəsində 115 generaldan 20-si və Hərbi-Sanitar Xidmətdə isə 45 generaldan 12-si qadındır.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv