Modern.az

“Rusiyanın Qarabağdakı “planlarını” Ərdoğan poza bilər” - ŞƏRH

“Rusiyanın Qarabağdakı “planlarını” Ərdoğan poza bilər” - ŞƏRH

Analitika

31 Mart 2021, 17:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatındakı qeyri-formal Zirvə görüşündə həm Azərbaycanı Dağlıq Qarabağın işğaldan azad edilməsi münasibətilə təbrik edib, həm də həmkarlarına məsləhət görüb ki, “hamılıqla birlikdə Azərbaycanın yanında olaq”.

Ərdoğan Ramazan bayramından sonra Şuşaya gələcəyini, Şuşada yeni bir bayram yaşayacağını bəyan edib.


Modern.az-ın məlumatına görə, Ərdoğanın çağırışlarına münasibət bildirən politoloq Elxan Şahinoğlu bildirib ki, Türkiyə Prezentinin Şuşaya gəlişinə ehtiyacımız var:

“Rusiyanın və Kreml sahibinin Qarabağdakı “planlarını” Türkiyə və Ərdoğan poza bilər. Kreml Qarabağda qarşısında Türkiyəni görməlidir, əks halda, Azərbaycan torpaqlarında hərbi baza qurmağa çalışacaq. Buna yol vermək olmaz. İnanıram ki, Türkiyə Cumhurbaşqanının Şuşada verəcəyi mesajlar arasında bu da olacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi