Modern.az

Ovannesyan: “AŞPA Qarabağ məsələsində Ermənistana təzyiq göstərməlidir”

Ovannesyan: “AŞPA Qarabağ məsələsində Ermənistana təzyiq göstərməlidir”

3 Fevral 2010, 15:49

Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sabiq başçısı, Erməni Milli Konqresinin nümayəndəsi Ovannes Ovannesyan hesab edir ki, AŞPA Türkiyə - Ermənistan və Qarabağ məsələsi ilə bağlı Ermənistana təzyiq göstərməlidir. Modern.az-ın məlumatına görə, Ovannesyan bu barədə “Armenya Today” saytına müsahibəsində bildirib. Ovannesyan qeyd edib ki, Avropa Şurası Monitorinq Komitəsinin həmməruzəçiləri Con Preskott və Jorj Kolombye Ermənistan hakimiyyətini ləngimədən 2008-ci il mart hadisələrinin araşdırılması üzrə parlament komissiyasının təkliflərini nəzərə almağa çağırıb. Ovannesyan qeyd edib ki, AŞPA Ermənistan qarşısında mart hadisələrinin araşdırılması işinin martın 17- ə kimi başa çatdırılması üzrə dəqiq qrafik qoyub. “Ermənistan hakimiyyəti bu vaxta qədər komissiyanın təklifləri üzrə hesabatı hazırlaya bilər. Lakin bədbəxtlik ondadır ki, hakimiyyət bunu etmək istəmir. Və indi Ermənistan hakimiyyəti AŞPA-nı barmağına dolayıb”deyən Ovannesyana görə, beynəlxalq təşkilatın Ermənistana qarşı səbir limiti tükənib. “Bu faktdır, onlar bizdən ciddi əməkdaşlıq tələb edirlər”,-deyə sabiq parlamentari bildirib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır