Modern.az

Səhiyyə Nazirliyi Respublika Perinatal Mərkəzinə işə qəbulu yekunlaşdırıb

Səhiyyə Nazirliyi Respublika Perinatal Mərkəzinə işə qəbulu yekunlaşdırıb

3 Fevral 2010, 16:21

Səhiyyə Nazirliyi Respublika Perinatal Mərkəzindəki vakant vəzifələrin tutulmasına dair bir müddət öncə elan edilmiş müsabiqə başa çatıb. Nazirliyin Tibbi yardımın təşkili şöbəsindən Modern.az-a verilən məlumata görə, vakant iş yerlərinə sənəd qəbulu ötən il dekabrın 7-dən  bu il yanvarın 7-dək edilib. Yanvarın 11-dən 29-dək isə işə qəbul olunmaq istəyən tibb işçilərinin müsabiqəsi keçirilib. Müsabiqədə iştirak etmək üçün 519 nəfər İşə qəbul komissiyasına sənədlərini təqdim edib. İşə qəbul komissiyasının yekun qərarına əsasən, onlardan bir qrupu Respublika Perinatal Mərkəzində işə qəbul olunub. Nazirlikdən bildirilib ki, vakant vəzifələrə təyin edilməsi məqsədəuyğun hesab edilmiş namizədlərin siyahısı Respublika Perinatal Mərkəzinin daxilinə vurulub.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu