Arxiv
5 Aprel 2021, 09:50 | QARABAĞ
Rusiya Şuşaya atılmış “İsgəndər- M” raketilə bağlı mövzunu qapatmağın “yolunu tapdı”

Azərbaycan rəsmi qurumları işğaldan azad edilmiş Şuşa şəhərinə Rusiya istehsalı olan və böyük dağıdıcı gücə malik "İsgəndər" raketlərinin atıldığını bildirib. ANAMA ötən çümə günü bunun sübutu kimi raket qalıqlarının fotolarını yayıb.

Qurumun Operativ Qərargahının rəisi İdris İsmayılov deyib ki, araşdırmalar bu qalıqlar atılan raketin "İsgəndər M" olduğunu göstərir.

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahın yeni rəisi Artak Davtyan "İsgəndər"lə bağlı sualı cavablandırmayıb.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov isə müharibə vaxtı Azərbaycana "İsgəndər" atılmadığı barədə rəsmi Moskvanın əvvəlki mövqeyini təkrarlayıb.


Bu arada Rusiyanın bəzi media orqanlarında yayılan məlumatlara görə, Federal Təhlükəsizlik Xidməti erməni diasporunun liderləri vasitəsilə ölkənin Cənub Hərbi Dairəsindən qanunsuz yollarla alınmış silah-sursatın Qarabağa göndərilməsi barədə "təhqiqata" başlayıb.

Modern.az Rusiya KİV-lərinə istindən xəbər verir ki, "təhqiqatın" başlamasına səbəb guya ki, ölkədən qanunsuz yollarla çıxarılan silah çeşidləri arasında 3 ədəd "İslander M" raket komplekslərinin də olmasıdır.

Ekspertlər deyirlər ki, Rusiya rəsmi dairələri bununla mövzunu qapatmağa çalışırlar.


“Amma bir qədər sonra Rusiya hərbçilərinin pul müqabilində erməni diasporunun nümayəndələrinə atom sualtı qayığı və hidrogen bombası satdığı da "üzə çıxsa" təəccüblənməyin”,-deyə politoloq Ərəstun Oruclu ironiya ilə bildirib. 

Onun sözlərinə görə, Federal Təhlükəsizlik Xidməti bu məlumatı müxtəlif saytlara ötürməklə bir növ nəbz yoxlamaq məqsədi güdür.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv