Modern.az

Hesablama Palatası ən çox nöqsanları bu qurumlarda qeydə alıb - SİYAHI

Hesablama Palatası ən çox nöqsanları bu qurumlarda qeydə alıb - SİYAHI

5 Aprel 2021, 11:48

Hesablama Palatası ötən il üçün qurumlarda aparılan kənar dövlət maliyyə nəzarəti barədə yekun nəticəni açıqlayıb.

 

Modern.az xəbər verir ki, “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabat sənədinə əsasən, ən çox nöqsan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (30 hal) qeydə alınıb.

 

Nöqsan hallarının sayına görə ikinci yerdə Aqrar Xidmətlər Agentliyi (29 hal) gəlir. Üçüncü yerdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (26) qərarlaşıb.

 

Bildirilib ki, ötən il başa çatdırılmış 34 audit üzrə nəticələr ümumiləşdirilərək 452 halda nöqsan müəyyən edilib.

 

Qeyd edək ki, hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.(Report)

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı