Modern.az

Azərbaycan ilk dəfə Müsəlman İncəsənət və Mədəniyyət Festivalında təmsil olunub 

Azərbaycan ilk dəfə Müsəlman İncəsənət və Mədəniyyət Festivalında təmsil olunub 

5 Aprel 2021, 14:04

Müsəlman İncəsənət və Mədəniyyət Festivalı bu il ilk dəfə beynəlxalq miqyasda təşkil olunub və Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə ölkəmiz həmin festivalda təmsil olunub. Festival islamofobiya ilə mübarizə, həmçinin müsəlman və qeyri-müsəlman icmaların bir araya gətirilməsi məqsədi ilə  keçirilir. MACFEST-in qurucusu və icraçı direktoru Qaisra Şahrazın  ev sahibliyi ilə baş tutan festivalda  BBC-nin məhşur jurnalistləri, keçmiş diplomatlar iştirak edib. Bu mötəbər tədbirdə ölkəmizi müxtəlif sahələri  və qurumları təmsil edən səlahiyyətli şəxslər, tanınmış mədəniyyət və incəsənət xadimləri təmsil ediblər.  

 

Modern.az xəbər verir ki, videoformatda baş tutan tədbir iştirakçılarına ölkəmizdəki xristian (Alban) və müsəlman tarixi abidələrinə aid videoçarx təqdim edilib, dini abidələrin tarixi  ilə bağlı ətraflı məlumat verilib. Festivalda, həmçinin Azərbaycanın mədəniyyət  paytaxtı olan Şuşa şəhəri haqqında geniş informasiya çatdırılıb, milli mətbəximiz, milli geyimlərimiz, Qarabağ atları haqqında videomateriallar nümayiş etdirilib, milli mədəniyyətimizin tarixində özünəməxsus yeri olan xalçaçılığımız barədə ətraflı məlumat verilib. 

 

Bundan əlavə, Azərbaycanın təbii və tarixi gözəlliklərini əks etdirən videoçarxlar da xarici iştirakçıların diqqətinə çatdırılıb.

 

Tədbirin sonunda  Azərbaycan milli musiqi nümunələri səsləndirilib.

 

Festivalda Azərbaycanın iştirak layihəsinin müəllifi  Mançestr Universitetinin məzunu Leyla Qasımovadır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir