Modern.az

“Fəryad” filmində çəkilən aktyor Qocalar evində vəfat edib

“Fəryad” filmində çəkilən aktyor Qocalar evində vəfat edib

Allah rəhmət eləsi̇n

5 Aprel 2021, 17:27

“Fəryad” filmində Aşot obrazına çəkilən aktyor Fikrət Məmmədov 65 yaşında dünyasını dəyişib.

Modern.az saytı xəbər verir ki, sosial şəbəkələrdə yayılan xəbərlərdə aktyorun Qocalar evində dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, aktyor Fikrət Məmmədov Azərbaycanın məşhur musiqi xadimi Ağası Məşədibəyovun nəvəsi, "Azərbaycanfilm"in keçmiş direktoru Əli Məmmədovun oğludur.

Fikrət Məmmədov vaxtilə Moskvadakı Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirib.

2002-ci ildə avtoqəzaya düşən aktyorun çənə sümüyü sındığından danışığında qüsurlar yaranmışdı.

Fikrət Məmmədov  “Axırıncı reys” (1989), “Bağlı qapı” (1981), “Bayquş gələndə” (1978), “Cin mikrorayonda” (1985), "Çarə” (1981), “Doğma sahillər” (1989), “Əlaqə” (1989), “Fəryad” (1993), “Fırıldaqçı” (1983), “Gözbağlıcı” (1986), “Gümüşgöl” əfsanəsi (1984), “Güzgü” (1990), “Hədiyyə” (1986) və başqa filmlərdə də çəkilib.

Allah rəhmət eləsin…

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır