Modern.az

Türkiyənin Azərbaycandakı səfirliyində jurnalistlərlə görüş olub

Türkiyənin Azərbaycandakı səfirliyində jurnalistlərlə görüş olub

3 Fevral 2010, 17:34

Bir neçə gündür Azərbaycanda səfərdə oilan Türkiyə Jurnalistlər Birliyi sədrinin müavini, Alanya Qəzetçilər Cəmiyyətinin sədri Mehmet Ali Dimin başçılıq etdiyi türkiyəli jurnalistlər fevralın 3-də Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıcla görüşüblər. Modern.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyində baş tutan görüşün ardından Hülusi Kılıc jurnalistlərin şərəfinə nahar verib. Türkiyəli jurnalistləri bu gün həm də Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) direktoru Aslan Aslanov qəbul edib. Görüşdə iki ölkənin media qurumları arasındakı əməkdaşlıq məsələlərindən bəhs olunub. Mehmet Ali Dimin başçılıq etdiyi türkiyəli jurnalistlər Atatürk Mərkəzi ilə də tanış olublar. Burada qonaqları mərkəzin rəhbəri, millət vəkili Nizami Cəfərov qəbul edib. Türkiyəli jurnalistlər sabah vətənlərinə qayıdırlar.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir